Amerika Birləşmiş Ştatlarının Skokie şəhərinin Skokie Xalq Kitabxanasının girişində Azərbaycan dilində "Xoş gəlmisiniz" yazısı yerləşdirilib.
Amerikada, doğma Azərbaycan dilində yazının olması sevindirici bir haldır və bu cür halları kitabxanalarda və muzeylərdə tez-tez görmək istərdik. İllinoys Amerika Azərbaycanlıları İcması hər ay öz görüşlərini məhz bu kitabxanada keçirir. Belə bir təşəbbüsün gerçəkləşməsi, dilimiz, vətənimiz və adətlərimiz uğrunda daim çalışan İcmanın fəallarının səylərinin nəticəsidir.