News

ABŞ Konqresinə respublikaçı namizəd Azərbaycan icması ilə görüşüb

Amerika Birləşmiş Ştatlarında keçirilən seçki kampaniyaları çərçivəsində Konqresə respublikaçı namizəd Mayk Van Meter Azərbaycan icması ilə görüşüb.

Vircinya ştatının Aleksandriya şəhərində yeni fəaliyyətə başlayan Azərbaycan Evinin İdarə heyətinin üzvlərinin də iştirak etdiyi görüşdə namizəd qalib gəldiyi təqdirdə həyata keçirəcəyi işlər haqqında geniş məlumat verib. O, Virciniya ştatında yaşayan 30 minə yaxın azərbaycanlını seçki kampaniyasında fəallıq göstərməyə dəvət edib.

Virciniyadakı Azərbaycan icması yaşadıqları ölkənin ictimai-siyasi həyatında hər zaman fəal iştirak edir, Azərbaycanın təbliği istiqamətində işlər görür.