News

“Diaspor Akademiyası- 2” layihəsi çərçivəsində növbəti təlim keçirilib

“Diaspor Akademiyası-2” layihəsinin növbəti – “Fandreyzinq nədir? Beynəlxalq və müxtəlif ölkələrin əsas donor təşkilatları, onların fəaliyyət istiqamətləri, qrant ayırdıqları mövzular” adlı 2-ci təlimi keçirilib.

Tanınmış təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov iştirakçılara fandreyzinqin əsasları, maliyyə resurslarının əsas növləri, maliyyə vəsaitlərinin cəlb edilməsi yolları və maliyyənin idarəedilməsi prinsipləri, strateji planlama, fandreyzinq strategiyasının hazırlanması, potensial donorların araşdırılması, kommunikasiya və marketinq, potensial donorlarla əlaqələrin yaradılması, marketinq materiallarının hazırlanması, fandreyzinqlə bağlı qanunvericilik və s. məsələlər barədə məlumat verib.

İnteraktiv şəkildə keçən təlim zamanı iştirakçılar bu sahədəki təcrübələrini bölüşüb, qarşılıqlı fikir mübadiləsi aparıb. Onları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.