News

Nyu Yorkda keçirilən rəsm sərgisində soydaşımızın əsərləri nümayiş olunub

ABŞ-də fəaliyyət göstərən “AGI Fine Art” agentliyinin Nyu Yorkda məhşur “Agora Gallery”də təşkil etdiyi rəsm sərgisində yerli və xarici 50-ə yaxın rəssamın əsərləri nümayiş olunub. ABŞ-də yaşayan soydaşımız, gənc rəssam Nərmin Əzimzadənin müxtəlif janrlarda çəkdiyi rəsmlər də həmin sərgidə sənətsevərlərin böyük marağı ilə qarşılanıb.

Nərmin Əzimzadə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirdikdən sonra Türkiyənin Kocaeli Dövlət Universitetində rəssamlıq üzrə magistr təhsili alıb. Hazırda Virciniya ştatında yaşayır və peşəkar fəaliyyətini ABŞ-də davam etdirir.